
Yaponiyanın xarici işlər naziri Yoşimasa Hayaşi Polşaya səfəri zamanı ukraynalı həmkarı Dmitri Kuleba ilə danışıqlar aparıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin saytında dərc edilmiş məlumatda deyilir .
Hayaşi, Kuleba ilə söhbətində Ukrayna ilə həmrəy olduğunu bildirib. "Mən demək istəyirəm ki, Yaponiya hökuməti və xalqı sizinlə, Ukrayna xalqı ilədir”-deyə nazir bildirib. O, həmçinin qeyd edib ki, dünya ictimaiyyəti, o cümlədən G7 ölkələri bir çox sahələrdə Rusiyaya qarşı güclü sanksiya tədbirləri həyata keçirir.
Tətbiqimizi yükləyə bilərsiniz