
“Çıxış yolları həmişə var, istənilən qarşıdurmadan, istənilən çətin vəziyyətdən çıxış yolları həmişə var”.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu sözləri Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya və Avropa İttifaqı arasında münasibətləri şərh edərkən deyib.
O həmçinin bildirib ki, Avropa ölkələri ilə Rusiyanın münasibətlərinin normallaşması prosesi barədə danışmaq hələ tezdir.