Azərbaycan-Ermənistan liderlərinin gözlənilən görüşü ilə bağlı XİN başçısından AÇIQLAMA


Xarici işlər naziri Ceyhun Bayramov aprelin 6-da Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçiriləcək görüşə münasibət bildirib.

Yeniavaz.com "report"a istinadla xəbər verir ki, Ceyhun Bayramov jurnalistlərə açıqlamasında Azərbaycanın mövqeyini bir daha bəyan edib.

O xatırladıb ki, 30 illik işğala son qoyulandan və üçtərəfli bəyanatın imzalanmasından qısa müddət sonra Prezident İlham Əliyev bir neçə dəfə Azərbaycan tərəfindən artıq tarixin bu səhifəsinin üzərindən keçməyə, Azərbaycan tərəfindən Ermənistan-Azərbaycan münasibətlərin normallaşması istiqamətində ciddi addımların atılmasına hazır olduğunu bəyan edib:

“Bu məqsədlə Ermənistan-Azərbaycan arasında sülh müqaviləsi üzərində işləmək təklifini irəli sürmüşdü. Onu da qeyd etmək istərdim ki, Azərbaycan təxminən, ötən bir il ərzində bu istiqamətlə bağlı Ermənistan tərəfindən heç bir real qarşılıq görməyib. Bu il fevral ayının 21-də Azərbaycan tərəfi daha spesifik, konkret və belə demək olarsa, sadə bir sənədi Ermənistan tərəfinə göndərib və bu sənəd Ermənistan-Azərbaycan münasibətlərin normallaşmasını özündə ehtiva edən əsas beş baza təməl prinsiplərini əks etdirir. Biz çox konkret bir təklif vermişik”.

DİGƏR XƏBƏRLƏR

Top