Putin Tokayevi Ukraynadakı hərbi əməliyyat barədə məlumatlandırdı


Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Ukraynanın neytral, bloksuz, qeyri-nüvə statusu ilə bağlı razılaşmaların əldə edilməsinin vacibliyini müzakirə edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb. "Vladimir Putin Kasım-Jomart Tokayevi Rusiya-Ukrayna danışıqlarının gedişi barədə məlumatlandırıb. Ümumi anlaşma Ukraynanın neytral, bloksuz, qeyri-nüvə statusu ilə bağlı razılaşmaların əldə edilməsinin müstəsna əhəmiyyəti ifadə edilib", - mesajda deyilir.
Bildirilir ki, prezidentlər iki dövlət arasında ticari-iqtisadi əməkdaşlığın hazırkı vəziyyətini və inkişaf perspektivlərini ətraflı müzakirə ediblər. 

 

DİGƏR XƏBƏRLƏR

Top