Daha bir ölkə koronavirus məhdudiyyətlərini ləğv edir


Estoniyada koronavirusla bağlı epidemik vəziyyətin dinamikası nəzərə alınaraq, ictimai yerlərdə tibbi maska taxmaq tələbi ləğv edilib. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə Estoniyanın
 əmək naziri Tanel Kiik ERR dövlət televiziya və radio portalına deyib : "Koronavirus və yeni infeksiyalarla xəstəxanaya yerləşdirmə sayının azalması ilə əlaqədar hökumət aprelin 3-dən ictimai yerlərdə maska ​​taxmaq tələbini ləğv etmək qərarına gəlib"-deyə o bildirib.
Şöbə müdiri bununla belə, əhalini yoluxucu təhlükəsizlik qaydalarına riayət etməyə və vaxtında peyvənd olunmağa, o cümlədən gücləndirici dozaya da çağırıb. Onun sözlərinə görə, hələ də insanların sıx olduğu yerlərdə və ictimai nəqliyyatda maska ​​taxmaq tövsiyə olunur.
 

DİGƏR XƏBƏRLƏR

Top