Üzərində “Z” hərfi olan tanklar Azərbaycana qarşı da istifadə olunub – VİDEO + FOTOLAR


Daha əvvəl xəbər verdiyimiz kimi, Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatlarda iştirak edən rus ordusuna məxsus texnikaların üzərində “Z” hərfi yazılır. Bunun açıqlaması kimi bildirilir ki, Rusiyada bir neçə hərbi dairə var. Bunlardan biri də Qərb Hərbi Dairəsi (Западный военный округ) adlanır. Bu sözün abbreviaturası “ЗВО” və ya latın hərflərindəki “ZVO” kimi yazılır. Bu səbəbdən Qərb Hərbi Dairəsinin texnikası üzərində “Z” hərfi qeyd olunur.
Yeniavaz.com xəbər verir ki, 44 günlük Vətən Müharibəsi zamanı qənimət götürülmüş Ermənistana ordusuna məxsus bir neçə texnikanın da üzərində “Z” hərfi olub. Bakıda keçirilən Zəfər paradında həmin texnikalar da nümayiş etdirilib.
Belə ki, Vətən Müharibəsindəki qələbədən sonra 10 dekabr 2020-ci ildə Azadlıq Meydanında Zəfər paradı keçirilib. Paradda həmçinin müharibədə qənimət götürülmüş Ermənistan ordusuna məxsus texnikaların bir qismi də nümayiş etdirilib.
Həmin texnikalardan bəzilərinin üzərində də “Z” hərfi var.
Sözügedən texnikaların video və foto görüntülərini təqdim edirik.





Əliş Abdulla

DİGƏR XƏBƏRLƏR

Top