
Pentaqon Ukraynaya əlavə 300 milyon dollarlıq hərbi yardım elan edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin saytındakı press-relizdə deyilir.
“Bu qərar ABŞ-ın Rusiyanı dəf etməsi yolunda qəhrəmancasına səylərini dəstəkləmək üçün Ukraynanın suverenliyi və ərazi bütövlüyünə sarsılmaz sadiqliyini vurğulayır”, - press-relizin mətnində qeyd edilib.
Sözügedən yardım paketinə aşağıdakılar daxildir:
- Lazerlə idarə olunan raket sistemləri
- Taktiki PUA “Switchblade”
- PUA “Puma”
- Zirehli yüksəkmobilli çox məqsədli maşınlar
- Kiçik və böyük çaplı döyüş sursatları
- Gecə görmə cihazları, termal görüntülər
- Taktiki müdafiə rabitə sistemləri
- Kommersiya peyk görüntüləri xidmətləri
- Dərmanlar, sahə avadanlığı və s.