
Ukrayna prezidenti Vladimir Zelenski Fox News jurnalistinin xahişi ilə Rusiyanın Belqorod şəhərində silah-sursat anbarlarında və neft anbarında baş verən partlayışları şərh edib.
Yeniavaz.com UNİAN-a istinadla bildirir ki, müsahibə zamanı Zelenskiyə Rusiya sərhəddində baş verən partlayışların Ukrayna qüvvələri tərəfindən törədildiyini soruşub.
Ukrayna rəhbəri isə suala belə cavab verib: "Bağışlayın, mən ali baş komandan kimi heç bir əmrimi müzakirə etmirəm. Elə şeylər var ki, onları yalnız Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri ilə bölüşürəm və onlar mənimlə danışanda".
"Bizim üçün vacibdir ki, bütün dünya müharibə şəraitində olan bir ölkə olduğumuzu bilsin. Bizə hücum edildi. Vacib olan budur. Bu, ən böyük faciədir. Onlar (ruslar - red.) ərazimizi işğal ediblər. Bizə hücum ediblər. Bu müharibə 8 ildir davam edir, ona görə də bu və ya digər vəziyyətdə nə baş verirsə, şərh vermək mənim üçün çətindir", - deyə Zelenski əlavə edib.
Tətbiqimizi yükləyə bilərsiniz