
2015-ci ildə Rubejnoye şəhərinin meri seçilən Sergey Xortiv Rusiya tərəfinə keçib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Luganskinformtsentr” agentliyi məlumat yayıb. "Mən, Xortiv Sergey İvanoviç, demək istəyirəm ki, bu gün Ukraynada baş verənlər Avropanın, Amerikanın siyasətinin” nəticəsidir. Bu da kütləvi qan tökülməsinə və insanların öldürülməsinə gətirib çıxarıb. Rusiya ordusu uşaqları, qadınları, qocaları xilas edir. Ukrayna Silahlı Qüvvələri silahlarınızı yerə qoysunlar”-deyə o bildirib.