Lerikdəki sürüşmə ilə bağlı nazirlik açıqlama yaydı


"Lerik rayonunun Lərmərud kəndində baş verən sürüşmə nəticəsində bir evin torpaq altında qalması digər ərazilərdə real təhlükənin olması demək deyil".

Yeniavaz.com xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev APA-ya açıqlamasında bildirib.

Nazirliyin ekspedisiya qurupu hadisə yerinə baxış keçirib.

“Ərazidə zəruri monitorinq və təftişlər aparılıb. Orada 200 m uzunluğu, 150 m eni olan sürüşmə kütləsi qeydə alınıb. Sürüşmənin baş hissəsində 30-70 sm enində yarılmalar var. Burada tektonik pozulma zonaları var ki, sürüşmənin səbəbi də bilavasitə bu yarılma hissəsindən başlayır. Hazırda ümumi axan kütlənin uzunluğun 80 metrə yaxındır”.

Xidmət rəisi onu da əlavə edib ki, kəndin digər əraziləri üçün real təhlükə yoxdur. Proses tam stabilləşməsə də dinamik aktivlik müşahidə edilmir. Sürüşən kütlənin qalınlığı azdır. İntensiv yağışlar olarsa, bu sürüşmə kütləsinin baş hissəsində zəif aktivləşmələr müşahidə edilə bilər.

Qeyd edək ki, martın 30-u Lerik rayonunun Lərmərud kəndində baş verən hadisə nəticəsində bir ev tamamilə torpaq altında qalıb.

DİGƏR XƏBƏRLƏR

Top