İlham Əliyev Gəncə şəhəri ilə bağlı qanunu təsdiqlədi


“Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”na dəyişiklik edilib.

Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidenti qərar imzalayıb.

Dəyişikliyə əsasən, Gəncə şəhəri bələdiyyə siyahısı aşağıdakı redaksiyada təsdiq edilib:

Kəpəz bələdiyyəsi - Cavadxan, Məhsəti, Nətavan, Sadıllı və Şıxzamanlı qəsəbələri, Gəncə şəhərinin 1 və 2 nömrəli sahə inzibati ərazi dairələrinin ərazisini təşkil edən hissəsi;

Nizami bələdiyyəsi - Gəncə şəhərinin 3 və 4 nömrəli sahə inzibati ərazi dairələrinin ərazisini təşkil edən hissəsi;

Hacıkənd bələdiyyəsi - Hacıkənd və Göygöl qəsəbələri.

DİGƏR XƏBƏRLƏR

Top