Daxili Qoşunlar 5 milyon manat dəyərində paltar alır


Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar Baş İdarəsi əşya əmlaklarının (1), baş geyimlərinin, xüsusi paltarların, dəsmalların, yataq-hərbi ləvazimatların (2), qış, yay tufliləri, uzunboğaz çəkmələr, kazarma başmaqları, idman ayaqqabıları və yüngülləşdirilmiş uçuş botinkalarının (3), uzunboğaz botinkalar və rezin çəkmələrin (4) alınması ilə bağlı elan etdiyi 4 açıq tenderə yekun vurub.

Yeniavaz.com dövlət satınalmalarının vahid internet portalına istinadla xəbər verir ki, tenderlərin qalibi müvafiq olaraq "Bakixanov Trikotaj" ASC (1), "Buta-Tikiş" (2) və "ME.GA.AN" (3-4) MMC-lərdir.

Qalib şirkətlərə müvafiq olaraq 1,3 milyon manat, 1,931 milyon manat, 470 min manat və 995 min manat, ümumilikdə isə 4,696 milyon manat ödəniləcək.

DİGƏR XƏBƏRLƏR

Top