
Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Danışıq zamanı Putin martın 29-da İstanbulda Rusiya-Ukrayna danışıqlarının keçirilməsində göstərdiyi köməyə görə türkiyəli həmkarına minnətdarlığını bildirib.
Ərdoğan isə Türkiyə vətəndaşlarının və ticarət gəmilərinin Ukraynadakı döyüş bölgəsindən çıxarılmasında köməyə görə təşəkkür edib.