"Azəriqaz" rəsmisi Xankəndidəki ödənişlərlə bağlı suala belə cavab verdi


““Azəriqaz” İstehsalat Birliyi sözügedən hadisə rayonunda fors-major halın, nəticələrin aradan qaldırılması ilə məşğul oldu. Yəni, əvvəlcədən düşünülməmişdi, planlaşdırılmamışdı ki, bu ərazidə hər hansı hadisə baş verəcək, o bərpa olunacaq və ondan sonrakı proseslərdə qazın hansı tərəfdən veriləcəyi, ödənişlərin hansı formada olacağı məsələsi müzakirə olunacaq”.
Yeniavaz.com
xəbər verir ki, bunu SOCAR ”Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi Eldəniz Vəliyev media və QHT nümayəndələri üçün keçirilən “Açıq qapı” aksiyasında Qarabağın yeni qazlaşdırılan bölgələrində, həmçinin Xankəndidə ödənişlərin hansı formada olacağı ilə bağlı sualı cavablandırakən deyib.
“”Azəriqaz” hələlik bu fors-major halların nəticələrinin aradan qaldırılmasını həyata keçirir. Bundan sonrakı proseslərdə, mərhələlərdə nəyin necə olacağı müzakirə predmeti ola bilər. Hələlik bu müzakirə predmeti deyil”, o bildirib.

DİGƏR XƏBƏRLƏR

Top