“Hazırda Xankəndi təbii qazla təmin olunur” - “Azəriqaz”


“Xankəndi şəhəri daxil olmaqla, işğaldan azad edilmiş ərazilər Azərbaycanın suveren ərazasidir, əzəli, tarixi torpaqlarıdır. Həmin ərazilərdə qaz infrasturkturunda və yaxud digər infrastrukturlarda işlər yalnız Azərbaycan dövləti tərəfindən görülə bilər”.
Yeniavaz.com
xəbər verir ki, bunu SOCAR ”Azəriqaz” İstehsalat Birliyinin Yeni Qazlaşma və İnkişaf şöbəsinin rəisi Teymur Cəfərov media və QHT nümayəndələri üçün keçirilən “Açıq qapı” aksiyasında deyib.
T. Cəfərov bildirib ki, Xankəndi şəhəri daxil olmaqla, Qarabağ iqtisadi zonası 1980-cı illərdə Azərbaycan dövləti tərəfindən qazlaşdırılıb, orada qaz infrastrukturu yaradılıb:
“Sonrakı dövrdə, işğal dövründə kommunikasiyaların böyük bir qismi ermənilər tərəfindən dağıdılmışdır”.
T. Cəfərov qeyd edib ki, Xankəndi şəhərinə gedən qaz xətti üzərində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən müəyyən təmir-bərpa işləri aparılıb:
“Hal-hazırda Xankəndi şəhəri təbii qazla təmin olunur. Növbəti mərhələlərdə nəzərdə tutulub ki, bütün bu ərazilərdə qaz infrastrukturu Azərbaycan Respublikası tərəfindən daha ideal formada, müasir tələblərə cavab verməklə tam şəkildə yenidən qurulacaq. Həmin ərazilərdə çəkiləcək infrastrukturdan Azərbaycan Respublikası vətəndaşları normal şəkildə yararlana biləcəklər”.

DİGƏR XƏBƏRLƏR

Top