Tacikistan prezidenti əhalini 2 illik ərzaq ehtiyatı toplamağa çağırdı


“Bu il bütün aspektlərdə və hər şeydən əvvəl ərzaq təhlükəsizliyi baxımından bəşəriyyət üçün çətin və ağır il olacaq”.
Yeniavaz.com
“Sputnik Tacikistan”a istinadən xəbər verir ki, bunu Tacikistan prezidenti Emoməli Rəhmon müqəddəs Ramazan ayının başlanması münasibətilə həmvətənlərinə müraciətində deyib.
“Belə şəraitdə bir olmaq, çətin anlarda bir-birinə dəstək olmaq, panikaya düşməmək, qənaətcil və ayıq olmaq lazımdır”, - o bildirib.
O, əmin edib ki, hazırda ölkə hökuməti bütün mövcud ehtiyat və imkanlardan istifadə edərək iqtisadiyyatın və əhalinin qorunması üçün lazımi tədbirlər görür.
O xatırladıb ki, kənd təsərrüfatı məhsullarının istehlak bazarlarında bolluğunu təmin etmək üçün fermerlər, hər bir ailə torpaqdan səmərəli istifadəyə böyük önəm verməlidir:
“Biz hər bir əlverişli yaz günündən istifadə edərək səpin kampaniyasını vaxtında başa çatdırmalı, bol məhsulun əsasını qoymalıyıq. Unutmayın ki, hər bir ailə 2 illik ərzaq ehtiyatı toplamalıdır”.
Prezident həmçinin belə qənaətə gəlib ki, ekspertlərin fikrincə, böhranın bu son dərəcə həssas dövrünün nəticələri gözlənilməz və uzunmüddətlidir.

DİGƏR XƏBƏRLƏR

Top