Ukrayna bu kəndləri azad etdi - Britaniya MN


“Ukrayna qüvvələri Çerniqovun cənubundakı Sloboda və Lukaşivka kəndlərini geri alıb. Bu kəndlər Çerniqovla Kiyev arasında əsas təchizat yollarından birinin kənarında yerləşir”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin Ukraynadakı vəziyyətlə bağlı son gündəlik kəşfiyyat məlumatlarında bildirilib.
Məlumatda həmçinin qeyd olunub ki, Ukrayna Kiyevin şərqinə və şimal-şərqinə uğurlu, lakin məhdud əks-hücumlar etməkdə davam edir.
Qeyd edilib ki, Həm Çerniqov, həm də Kiyev Rusiyanın bu ərazilərdə hərbi fəaliyyəti azaltdığını iddia etməsinə baxmayaraq, davamlı hava və raket zərbələri ilə üzləşib.

DİGƏR XƏBƏRLƏR

Top