"Rusiyadakı neft bazası aviazərbələrlə vurulub" - VİDEO + YENİLƏNİB


“Neft bazasındakı yanğın aşağı hündürlükdə Rusiya ərazisinə daxil olan Ukrayna silahlı qüvvələrinə məxsus iki helikopterin aviazərbəsi nəticəsində baş verib”.
Yeniavaz.com
xəbər verir ki, bunu Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, Hazırda 170-dən çox insan və 50 texnika hadisə yerinə cəlb olunub, insan itkisi yoxdur:
“Yanğının söndürülməsi üçün bütün imkanlar mövcuddur. Fövqəladə Hallar Nazirliyi yanğını tez bir zamanda lokallaşdırmağa çalışır. Əhali təhlükə altında deyil”.
Qladkov həmçinin qeyd edib ki, yanacaq qıtlığı yoxdur və heç vaxt olmayıb.
Qeyd edək ki, bu gün səhər saatlarında Rusiyanın Belqorod şəhərindəki neft bazasında güclü yanğın başlayıb.


***09:00

Rusiyanın Belqorod şəhərindəki neft bazasında güclü yanğın başlayıb.
Yeniavaz.com
xəbər verir ki, məlumatı vilayətin qubernatoru Vyaçeslav Qladkov təsdiqləyib.
"Bütün fövqəladə xidmətlər həmin yerə gedib. Yanğının aradan qaldırılması üçün tədbirlər görülür. Səbəblər və zərərçəkənlər, əgər varsa, bir az sonra təfərrüatlı məlumat veriləcək", - deyə, o bildirib.
Daha sonra Qladkov iki neft bazası işçisinin yaralandığını əlavə edib. Onun sözlərinə görə, yaxınlıqdakı bir neçə küçənin sakinləri daha təhlükəsiz yerə köçürüləcək.
Xatırladaq ki, bu yaxınlarda Belqoroddakı sursat anbarında da irimiqyaslı partlayış baş vermişdi. Səlahiyyətlilər daha sonra onun təhlükəsizlik qaydalarına əməl olunmaması səbəbindən baş verdiyini açıqlamışdılar.
Qeyd edək ki, Rusiya Federasiyasının Belqorod vilayəti Ukraynanın Xarkov vilayəti ilə həmsərhəddir.

DİGƏR XƏBƏRLƏR

Top