Naxçıvanda məktəb faciəsində ölənlərin FOTOLARI


Xəbər verdiyimiz kimi, ötən gün saat 12 radələrində Naxçıvan Muxtar Respublikasının Babək rayon Nehrəm qəsəbəsi 3 saylı tam orta məktəbində aparılan yenidənqurma işləri ilə əlaqədar binanın bir hissəsi uçub və nəticədə 4 nəfər ölüb.

Yeniavaz.com xəbər verir ki, “qafqazinfo” hadisədə ölən şəxslərin fotolarını əldə edib.

Bunlar 1972-ci il təvəllüdlü Həsən Abbasəli oğlu Əliyev, 1961-ci il təvəllüdlü İbrahim Xəlil oğlu Məhərrəmov, 2000-ci il təvəllüdlü Qadir Nizami oğlu Süleymanov və 1988-ci il təvəllüdlü  Asəf İsmayıl oğlu Rüstəmovdur.

Faciəvi hadisədə həlak olan şəxslər Nehrəm qəsəbə qəbiristanlığında torpağa tapşırılıb.

Əlavə edək ki, hadisə nəticəsində 1996-cı il təvəllüdlü Alı Əliyev xəsarət alıb.

Qeyd edək ki, ölən şəxslər Dövlət Şəhərsalma və Arxitektura komitəsinin Babək rayon idarəsində fəhlə işləyirdi.

Fotoda Həsən Əliyev

 Fotoda İbrahim Məhərrəmov

Fotoda Qadir Süleymanov

Fotoda Asəf Rüstəmov

DİGƏR XƏBƏRLƏR

Top