
Rusiya Prezidenti Vladimir Putin dost olmayan ölkələrlə qaz ticarəti qaydaları haqqında fərman imzalayıb.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, Rusiya dost olmayan ölkələrlə qaz ticarətində ödənişlərin dollar və avro ilə aparılmasından imtina edərək rubla keçib. Rəsmi Moskva bunu Qərbin Rusiyanın Mərkəzi Bankının valyuta ehtiyatlarını dondurmaq qərarına cavab olaraq etdiyini açıqlayıb. Qaydaya uymayan ölkələrlə isə müqavilənin dayandırılacağı bildirilib.