
“Göründüyü kimi, 10 gün içində bu müharibə bitmədi. Bitmədi, amma çoxlu can itkiləri oldu”.
Yeniavaz.com xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistan səfərindən qayıdarkən jurnalistlərə müsahibəsində bildirib.
“Xüsusilə qadınlar və uşaqlar mövzusunda çox ciddi itkilər oldu. İndi bunları görməzlikdən gəlmək mümkün deyil. Təbii, güclü Rusiyanın belə burada ciddi itkilərinin olduğu bir mənzərə var”, - o bildirib.