Rus dili FİFA-nın rəsmi dili oldu


Beynəlxalq Futbol Federasiyası Assosiasiyası (FIFA) rus dilini rəsmi dil kimi təsdiqləyib.
Yeniavaz.com
“RİA Novosti”yə istinadən xəbər verir ki, bu qərarı təşkilatın Qətərin paytaxtı Dohada keçirilən konqresi qəbul edib.
187 üzv assosiasiya “lehinə”, dördü isə əleyhinə səs verib.
Həmçinin portuqal və ərəb dilləri də rəsmi dil kimi qəbul edilib.
Qeyd edilib ki, bu günə qədər təşkilatın nizamnaməsinə əsasən, ingilis, ispan, fransız və alman dilləri rəsmi sayılırdı.

DİGƏR XƏBƏRLƏR

Top