Azərbaycanda məktəb binası çökdü: Ölənlər var - FOTOLAR


Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm qəsəbəsində 3 saylı tam orta məktəb çöküb.
Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, hadisə məktəbdə inşaat işləri aparılan zaman baş verib.
Hadisə nəticəsində ölənlərin və yaralananların olduğu bildirilir.
Naxçıvan MR Xəstəxanasının qəbul şöbəsindən bildirilib ki, xəstəxanaya 3 nəfərin meyiti və bir yaralı gətirilib.
Yaralı şəxs reanimasiyaya yerləşdirilib.
Qeyd edilib ki, ölənlər məktəbin inşaat işində çalışanlar olub.


DİGƏR XƏBƏRLƏR

Top