
Martın 2-də Qotland (Baltik dənizində İsveçə məxsus olan ada – red.) yaxınlığında İsveç hava məkanını pozan Rusiya təyyarələrindən ikisi nüvə silahı ilə təchiz edilib.
Yeniavaz.com xəvər verir ki, bu barədə İsveçin “TV4 Nyheterna” kanalı məlumat yayıb.
Telekanalın əldə etdiyi məlumata görə, qanun pozuntusu İsveçi qorxutmaq məqsədi ilə qəsdən atılmış hərəkətdir.
Bildirilir ki, sözügedən təyyarələr martın 2-də Rusiyanın Kalininqrad aviabazasından havaya qalxıb. Ümumilikdə 4 təyyarə olub – “Sukhoi 24” tipli iki hücum təyyarəsini “Sukhoi 27” tipli iki döyüş təyyarəsi müşayiət edib. Mənbələrin məlumatına görə, iki hücum təyyarəsi nüvə silahı ilə təchiz edilib.
Vurğulanır ki, Ukraynadakı münaqişə səbəbindən İsveç Hərbi Hava Qüvvələri hazırlığı artırdığından rus pilotlarının Qotlanda getdiyini erkən görüblər.
İsveç Silahlı Qüvvələri iki hücum təyyarəsinin nüvə silahı ilə təchiz edilib-edilməməsi ilə bağlı şərh vermək istəməyib:
“Biz bunu düşünülmüş hərəkət hesab edirik. Bu, xüsusilə müharibə edən ölkə olduğunuz üçün çox ciddidir. Biz hadisəni təhlil etdik. Mən səhv naviqasiyanı istisna edə bilmərəm, lakin hər şey bunun qəsdən törədilmiş bir hərəkət olduğunu göstərir. Onlar İsveçin sərhədlərini pozublar”, - Hərbi Hava Qüvvələrinin rəisi Karl-Yohan Edström deyib.
Telekanal qeyd edir ki, İsveç ərazisinin pozulması təxminən bir dəqiqə davam edib. Hərbi-hava qüvvələri iki “JAS 39 Gripen”i yerləşdirib ki, onlar da qarşı-qarşıya gəlib müdaxilə edənlərin şəklini çəkə bilib.
Hərbi-strateji ekspert Stefan Rinq hesab edir ki, bu, İsveçə “bizim nüvə silahımız var və biz onlardan istifadə etməyi düşünə bilərik” deyə bir mesajdır.
Tətbiqimizi yükləyə bilərsiniz