
“Türkiyə təhlükəsizliyə zamin olacağı təqdirdə müharibəyə daxil olacaq, Ukraynaya qoşun göndərəcək kimi şərhlər doğru deyil”.
Yeniavaz.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “A Haber” kanalına müsahibəsində deyib.
“Biz onlara dedik ki, artıq bir yerdə görüşüb bu işi nəticəyə çatdırmaq lazımdır. Daha sonra görüşün Türkiyədə olması istiqamətində qərar aldılar. Putin cənab prezidentimizə zəng etdi, “heyəti İstanbula göndərirəm” dedi”, - o qeyd edib.