“Kəfənə şəklini və köynəyini büküb basdırmışam...”


Xəbər verdiyimiz kimi, 28 mart 2022-ci il tarixdə Xocalı rayonu ərazisindəki Fərrux yüksəkliyində bir neçə insana aid naməlum meyit qalıqları aşkarlanıb. Bu barədə Azərbaycan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.
Yeniavaz.com
xəbər verir ki, açıqlanan siyahıda Dadaşov İlham Adil oğlunun da adı var.
Xatırladaq ki, ötən gün jurnalist Vüsalə Məmmədova İ. Dadaşovun anası ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib. Paylaşımda deyilir:
“Şəkildəki Elmira xanımdır...
Oğlu İlham 19 yaşı olanda Fərrux dağında şəhid olub...
1992-ci il, sentyabrın 19-da...
Ermənilər oğlunun nəşini verməyib...
“Dövlətin verdiyi “qan pulu” ilə oğluma yalançı məzar düzəltdim” deyir...
“Yarım metr kəfənə şəklini və köynəyini büküb basdırmışam, təsəlli olsun deyə...”
Fərruxda kütləvi məzarlığın aşkarlandığını eşidib, ümid edir ki, 30 il sonra oğlunu məzarına uzada biləcək...
Bu, bir azərbaycanlı ananın hekayəsidir... Şərh etmək mümkün deyil...”.

DİGƏR XƏBƏRLƏR

Top