Rusiyanın Ukraynaya hücumundan sonra bu ölkəni təxminən 4 milyon insan tərk edərək başqa ölkələrə sığınıb.
Yeniavaz.com BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) açıqladığı son məlumatlara istinadən bildirir ki, cəmi bir ay ərzində 4 milyondan çox insanın ölkəni tərk etməsi son 50 ilin ən ağır qaçqın böhranlarından birinə səbəb olub.
UNHCR-ın məlumatları göstərir ki, son 50 ilin ən böyük qaçqın köçünün əksəriyyəti iki Asiya ölkəsində qeydə alınıb.
Bu dövrdə ən çox insan Suriyanı tərk edib. 2011-ci ildən sonra əhalinin təxminən 35%-i - 6,9 milyon insanın ölkəni tərk etmək məcburiyyətində qalıb. Qaçqınların sayına görə Əfqanıstan ikinci yeri tutub.
UNHCR-in hesablamalarına görə, onun mandatı altında olan təxminən 21 milyon qaçqın öz ölkələrini tərk etməyə məcbur olub. Daha 48 milyon insan isə hərbi münaqişələr və ya digər səbəblərdən məcburi köçkün düşüb. UNHCR-in məlumatlarına görə, ən çox qaçqına Türkiyə ev sahibliyi edir. Türkiyəyə 3,7 milyon qaçqın sığınıb. Bundan başqa 1,7 milyon qaçqın Kolumbiyaya, 1,4 milyon qaçqın Pakistan və Uqandaya, 1,2 milyon qaçqın isə Almaniyaya köçüb.
Ölkələr | İllər | Qaçqınların sayı | Ümumi əhaliyə nisbəti |
Suriya vətəndaş müharibəsi | 2011-dən sonra | 6,9 milyon | 35% |
Əfqanıstan vətəndaş müharibəsi | 1989 - 1996 | 6,3 milyon | 52% |
Əfqanıstan-SSRİ müharibəsi | 1979-1989 | 5,6 milyon | 48% |
Venesuelada iqtisadi-siyasi böhran | 2014-dən sonra | 5,1 milyon | 15% |
Rusiyanın Ukraynaya hücumü | 2022 | 4 milyon | 9% |
Taliban rejimi (Əfqanıstan | 1996-2001 | 3,8 milyon | 18% |
Taliban üsyanı (Əfqanıstan) | 2002-2021 | 3,1 milyon | 11% |
Derq rejimi (Efiopiya) |
1974-1991 | 2,6 milyon | 7% |