Mehriban Əliyeva 31 Mart Soyqırımı ilə bağlı paylaşım etdi


Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram hesabında 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib.

Yeniavaz.com xəbər verir ki, paylaşımda qeyd edilib:
“Azərbaycan xalqı günahsız soydaşlarımızın qətlə yetirildiyi faciələri heç zaman unutmayacaq! Biz o dəhşətli hadisələr haqqında həqiqətləri təhrif olunma cəhdlərindən hər zaman qoruyacağıq. 1918-ci ilin mart ayında azərbaycanlılara qarşı törədilmiş soyqırımı qurbanlarının nurlu xatirəsini ehtiramla yad edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

DİGƏR XƏBƏRLƏR

Top