
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Çində “Taliban”ın xarici işlər naziri Əmir Müttəki ilə görüşüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
“Əfqanıstanın qonşu dövlətlərinin görüşü çərçivəsində Sergey Lavrovun bu ölkənin xarici işlər naziri vəzifəsini icra edən A.Müttəki ilə söhbəti baş tutub”, - Zaxarova qeyd edib.