Rusiya Mariupolda atəşkəs elan edib


Rusiya Müdafiə Nazirliyi Ukraynanın mühasirədə olan liman şəhəri Mariupolda dinc sakinlərin təxliyəsinə icazə vermək üçün cümə axşamı səhər saatlarından başlayaraq atəşkəs elan edib.
Yeniavaz.com
xəbər verir ki, nazirlikdən “France-Press” agentliyinə verilən məlumatda Mariupoldan Zaporojyeyə - Rusiyanın nəzarətində olan Berdiansk liman şəhəri vasitəsilə humanitar dəhlizin yerli vaxtla saat 10:00-da açılacağı bildirilib:
“Bu humanitar əməliyyatın uğur qazanması üçün biz onu BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının və Beynəlxalq Qırmızı Xaç Komitəsinin birbaşa iştirakı ilə həyata keçirməyi təklif edirik”.
Ukrayna bu elanı şərh etməyib.
Mariupolda atəşkəs yaratmaq üçün əvvəlki cəhdlər hər iki tərəfin “pis niyyət” ittihamları fonunda iflasa uğrayıb. Rusiya minlərlə dinc sakini zorla Rusiyaya və ya Rusiyanın nəzarətində olan ərazilərə köçürməkdə ittiham olunur.
Qeyd edək ki, müşahidə şirkəti “Maxar” tərəfindən yayımlanan peyk fotoşəkillərində Mariupolun yerlə-yeksan edildiyi görünür.

DİGƏR XƏBƏRLƏR

Top