Serbiya NATO-ya daxil olacaq?


“Serbiya NATO-ya daxil olmayacaq və Rusiya əleyhinə isteriyaya qatılmayacaq”.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bunu Serbiya prezidenti Aleksandr Vuçiç ölkənin sənaye mərkəzi Niş şəhərində seçki mitinqində vətəndaşlara müraciət edərkən deyib. "Avropadan yatırılan sərmayələrin ən böyük hissəsi bizdədir. Biz Avropa yolu ilə getməliyik. Amma bilirsiniz ki, Dostoyevskinin məktəblərdən, Çaykovskinin opera və teatrlardan atıldığı bu isteriyada sırf ona görə iştirak edə bilmərəm. Serbiya azad və azadlıqsevər ölkə olub və belə qalacaq. Biz öz vətənimizi müdafiə edəcəyik. NATO-ya hörmət edirik, onunla Kosovo və Metohiyada əməkdaşlıq edirik”.
 

DİGƏR XƏBƏRLƏR

Top