
İsveçrə aprelin 1-dən koronavirusun yayılması ilə əlaqədar tətbiq edilən bütün sosial və sanitar məhdudiyyətləri ləğv edir.
Yeniavaz.com xəbər verir ki, bu barədə İsveçrə hökuməti məlumat yayıb.
“Xüsusilə, bundan sonra ictimai nəqliyyatda və tibb müəssisələrində qoruyucu maskalardan istifadəyə ehtiyac olmayacaq. Əhalidə yüksək səviyyəli immunitet sayəsində son həftələrdə reanimasiya şöbələrində xəstəxanaya yerləşdirilənlərin sayında ciddi artım müşahidə olunmamışdır"-deyə açıqlamada bildirilib.