Bayden Zelenski ilə telefonla danışdı - YENİLƏNİB


“ABŞ Prezidenti Co Bayden və Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı baş tutub”.

Yeniavaz.com xəbər verir ki, bu barədə Prezident Zelenski “twitter”də bildirib.“ABŞ Prezidenti Co Baydenlə bir saatlıq söhbəti indicə bitirdim. Döyüş meydanında və danışıqlar masasında vəziyyətin ortaq qiymətləndirilməsini etdik. Xüsusi müdafiə dəstəyi, gücləndirilmiş sanksiyaların yeni paketi, makromaliyyə və humanitar yardımlar haqqında müzakirə apardıq”,- deyə Zelenski bildirib.


***18:45
ABŞ prezidenti Co Bayden ukraynalı həmkarı Vladimir Zelenski ilə telefon danışığı etmək niyyətindədir. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
“Prezident Bayden bu gün səhər saat 10:45-də (Azərbaycan vaxtı ilə 18:45) Ukrayna prezidenti Zelenski ilə danışacaq və Rusiyanın təcavüzü qarşısında Ukraynaya davamlı dəstəyi müzakirə edəcək”, - deyə məlumatda bildirilir.

 

DİGƏR XƏBƏRLƏR

Top