Bu COVID xəstəxanaları fəaliyyətini davam etdirir - SİYAHI


Hazırda 46 pandemiya tibb müəssisəsindən 7-si fəaliyyətini davam etdirir.

Bu barədə Yeniavaz.com-a TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, COVID-19-la mübarizə tədbirləri çərçivəsində TƏBİB-in tabeliyində olan Modul tipli xəstəxanaların fəaliyyət istiqaməti aktiv yoluxma sayının artması və azalmasına uyğun olaraq tənzimlənir.
Respublika üzrə fəaliyyətdə olan pandemiya tibb müəssisələrində müalicə olunan xəstə sayı nəzərdən keçirilib və təhlil aparılıb. Yoluxanların sayında kəskin azalma müşahidə olunduğu üçün bütün növ resursların optimallaşdırılması və səmərəli tətbiqi məqsədilə bəzi pandemiya müəssisələrinin, o cümlədən modul tipli xəstəxanaların fəaliyyəti dayandırılıb.
Məsələ ilə əlaqədar olaraq, bütün növ resursların optimallaşdırılması və səmərəli tətbiqi məqsədi ilə, coğrafi yerləşmələri nəzərə alınmaqla növbəti təlimat verilənədək 7 saylı Uşaq Yoluxucu Xəstəxanası, FHN Modul, Quba Rayon Mərkəzi Xəstəxanası, Kiliniki Tibbi Mərkəzi, Gəncə Modul, Sabirabad Rayon Mərkəzi Xəstəxanasının Pandemiya tibb müəssisəsi kimi fəaliyyəti dayandırılıb. Masallı Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti isə qismən davam edir. Eyni zamanda, qəbulu planlaşdırılan COVİD xəstələrinin müvafiq ərazi üzrə digər müəssisələrə yönləndirilməsi təşkil edilir. Belə ki, hazırda 46 pandemiya tibb müəssisəsindən 7-i fəaliyyətini davam etdirir.
Bakı/Abşeron bölgəsi üzrə 4 tibb müəssisəsi - Yeni Klinika, Mərkəzi Gömrük Xəstəxanası, Məhəmmədli modul, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu (ETACXİ), qərb bölgəsi üzrə 2 tibb müəssisəsi - Ağdaş Rayon Mərkəzi Xəstəxanası, Şəmkir Rayon Kür Qəsəbə Xəstəxanası, cənub bölgəsi üzrə 1 tibb müəssisəsi - Masallı Rayon Mərkəzi Xəstəxanası Fəaliyyətini qismən davam etdirir.

DİGƏR XƏBƏRLƏR

Top