“Krımın müzakirəsindən söhbət gedə bilməz”


“Rusiya Krımı heç kimlə müzakirə etməyəcək”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Ondan Krımın hərbi yolla geri qaytarılması çağırışları fonunda regionla bağlı Ukrayna ilə razılıq əldə etmək variantlarının olub-olmaması soruşulub:
“Krım Rusiya Federasiyasının bir hissəsidir və konstitusiyamıza görə, biz heç kimlə Rusiya ərazilərinin taleyini, Rusiya regionlarının taleyini müzakirə edə bilmərik, bundan söhbət gedə bilməz, bizim konstitusiyamızda belə yazılıb. Biz danışıqların bəzi nüanslarını müzakirə edəcəyik”, - Kreml sözçüsü jurnalistlərə bildirib.
Mətbuat katibi Ukraynanın təhlükəsizliyinin təminatçısı olan ölkələr mövzusunu şərh etməyib, danışıqlarla bağlı əlavə məlumat üçün Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski ilə əlaqə saxlamağı məsləhət görüb.

DİGƏR XƏBƏRLƏR

Top