“Rusiya Azadlığı” legionu Ukrayna tərəfdən döyüşəcək - FOTOLAR


“RF Silahlı Qüvvələrinin keçmiş hərbi qulluqçuları arasından “Rusiya Azadlığı” legionunun ilk könüllüləri artıq fərdi əlavə təlimlərə başlayıblar”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Rusiya Azadlığı” legionu məlumat yayıb.
“Belə ki, bu gün legionun şəxsi heyəti Ukrayna Silahlı Qüvvələrinin təlimatçılarının rəhbərliyi altında “NLAW” qumbaraatanını öyrənib.
Bundan əlavə, legion bölmələrinin komandirləri cəbhələrdə əməliyyat şəraiti ilə tanış olub və bütün könüllülər adından Putin rejiminin zəncir itlərinə - kadırovçulara qarşı ilk döyüşü keçirmək üçün ümumi istəklərini bildiriblər”, - məlumatda qeyd edilir.
Xatırladaq ki, 25 martda “Rusiya Azadlığı” legionunun bölmələrindən birinin komandiri rus hərbçilərinə əllərində silahla Ukrayna tərəfinə keçməyə çağırış edib:
“Fevralın 27-də Ukrayna Təhlükəsizlik Xidmətinin köməyi ilə mən və mənim bölməm xalqı faşistlərdən həqiqətən qorumaq üçün Ukrayna tərəfinə keçdik. Sizin hələ də vəhşilikləri dayandırmaq imkanınız var”.

DİGƏR XƏBƏRLƏR

Top