Çerniqovda 2 azərbaycanlı həlak olub


Ukraynada gedən müharibədə daha 2 azərbaycanlı həlak olub.

Yeniavaz.com "Report"a istinadən xəbər verir ki, Rusiya Silahlı Qüvvələrinin Çerniqov vilayətinin Nosovka şəhərini artilleriya atəşinə tutması nəticəsində Ukrayna vətəndaşı olan 2 azərbaycanlı həlak olub.
Bunlar 50 yaşlı Rauf Məmmədov və 35 yaşlı Ruslan Əhmədovdur.
Onlar mülki vətəndaş olublar. Azərbaycanlılar ilə yanaşı şəhərdə xeyli ukraynalı da həlak olub.

DİGƏR XƏBƏRLƏR

Top