ABŞ Bayden-Putin görüşü üçün şərtləri açıqlayıb


ABŞ prezidenti Co Bayden yalnız Ukraynada deeskalasiya olacağı təqdirdə Putinlə birbaşa danışıqlara razılaşacaq.
Yeniavaz.com
xəbər verir ki, bunu jurnalistlərə Ağ Evin kommunikasiyalar üzrə direktoru Keyt Bedinqfild deyib.
“Bu, prezident Putinin nə haqqında danışmaq istəməsindən asılı olacaq... Biz açıq şəkildə bildirdik ki, prezident belə bir söhbətə razılıq verməzdən əvvəl Rusiyadan Ukraynada gərginliyin nəzərəçarpacaq dərəcədə azaldılması və diplomatiyaya ardıcıl, həqiqi öhdəlik lazımdır”, - deyə, K. Bedinqfild bildirib.

DİGƏR XƏBƏRLƏR

Top