
Sabiq ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putini Baydenin oğlu Hunter Baydenin rusiyalı iş adamı, Moskvanın keçmiş meri Yuri Lujkovun ailəsi ilə əlaqələri barədə ictimaiyyətə məlumat verməyə çağırıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Tramp Putninin bu məsələni aşkara çıxara biləcəyini deyib. " Yuri Lujkovun həyat yoldaşı Baturina, Baydenə 3,5 milyon dollar verib. İndi düşünürəm ki, Putin bu sualın cavabını bilir. Necə oldu ki, Moskva meri və onun həyat yoldaşı Bayden ailəsinə 3,5 milyon dollar verdi? Düşünürəm ki, Putin yəqin ki, indi cavab verməyə hazır olacaq. Əminəm ki, o, cavabı bilir"-deyə Tramp qeyd edib.