İsraildə terror aktı: Ölənlər var


İsrailin Bney Brak şəhərində naməlum silahlının həyata keçirdiyi hücumda beş israilli həlak olub. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Kan” dövlət radiostansiyası məlumat yayıb .
Radionun məlumatına görə, silahlı şəxs zərərsizləşdirilib.
Qeyd edək ki, bu, İsraildə bir həftə ərzində üçüncü terror aktıdır. Martın 27-də İsrailin Hadera şəhərində avtomatdan istifadə edən terrorçu iki sərhəd polisini qətlə yetirmişdi. Daha 12 israilli isə yaralanıb. 
 

DİGƏR XƏBƏRLƏR

Top