
Niderland Rusiya nümayəndəliklərində diplomat kimi akkreditə olunmuş 17 nəfəri ölkədən çıxarır.
Yeniavaz.com xəbər verir ki, bu barədə Niderland Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir. "Rusiyanın Niderlanddakı səfiri bu gün Xarici İşlər Nazirliyinə çağırılıb. Səfirə 17 diplomatın ölkədən çıxarması barədə məlumat verilib"-deyə bildirilib.
Nazirlikdən verilən məlumata görə, qovulmanın səbəbi həmin şəxslərin gizli şəkildə kəşfiyyat fəaliyyəti həyata keçirdiklərini göstərən məlumatlara görədir.