Fərruxda tapılan qalıqlar şəhidə aid ola bilər - VİDEO + YENİLƏNİB


Xocalı rayonunun Fərrux kəndi ərazisində insan qalıqlarının aşkarlanması ilə bağlı bəzi məlumatlar ortaya çıxıb.

Aşkarlanan qalıqlar Birinci Qarabağ müharibəsində Fərrux yüksəkliyi və eyni adlı kənd uğrunda gedən döyüşlərdə şəhid olmuş şəxs və ya şəxslərə aiddir.

Faktla bağlı müvafiq araşdırma və dəqiqləşmələr aparılır.

(APA)

 


***21:30

Xocalı rayonunun Fərrux kəndində insan qalıqları aşkarlanıb.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, Azərbaycan Ordusunun hərbçiləri Fərrux kəndi ərazisindəki mövqelərdə qazıntı işləri apararkən insan qalıqları aşkar edilib.

Qalıqların 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin Xocalıda törətdiyi soyqırımından qaçmaq istəyərkən qətlə yetirilmiş şəxs və ya şəxslərə aid olduğu ehtimal edilir.

DİGƏR XƏBƏRLƏR

Top