
Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov Rusiyanın Ukraynadakı xüsusi əməliyyatını davam etdirməyin tərəfdarı olduğunu bildirib.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, Kadırov əməliyyatların Kiyevi ələ keçirdikdən sonra dayandırılmalı olduğunu deyib:
"Bildirirəm ki, biz başladığımız işi başa çatdırmalıyıq, dayanmamalıyıq. Kiyevə gedib Kiyevi almalıyıq. Əgər Kiyevə girsək, hər şeyi qaydasına salacağımıza əminəm".