
Rusiya Xarici İşlər Nazirliyi Dövlət Dumasının İqtisadi siyasət komitəsinin sədr müavini Mixail Delyaginin Azərbaycanla bağlı təxribatçı açıqlamalarına münasibət bildirib.
Yeniavaz.com xəbər verir ki, Rusiya XİN bununla bağlı açıqlama yayıb. Qurumun mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova Delyaqinin bəyanatının qəbuledilməz olduğunu açıqlayıb:
"Biz bu cür bəyanatları tamamilə qəbuledilməz və məsuliyyətsiz hesab edirik. Onlar heç bir halda ölkəmizin, Rusiya rəhbərliyinin Bakı ilə qarşılıqlı fəaliyyətə yönəlmiş rəsmi mövqeyini əks etdirmir. Əminəm ki, bu cür təxribatçı bəyanatlara müvafiq qiymət Rusiya Federasiyasının Dövlət Duması tərəfindən veriləcək".
Tətbiqimizi yükləyə bilərsiniz