Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin İşlər İdarəsinin sabiq müdiri Elton Məmmədov işinə bərpa olunub.
Yeniavaz.com xəbər verir ki, bunu AMEA-nın mətbuat xidmətinin rəhbəri Azadə Balayeva APA-nın sorğusuna cavab olaraq bildirib. Onun sözlərinə görə, bununla bağlı müvafiq sərəncam imzalanıb və E. Məmmədov artıq vəzifəsinin icrasına başlayıb. Qeyd edək ki, Elton Məmmədov ötən il vəzifəsindən azad edilib.