FHN Bakı Avrasiya Universitetində təlim keçirdi - VİDEO


Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti (DYMX) tərəfindən Bakı Avrasiya Universitetində “Yüksək saylı çağırışla yanğınların söndürülməsi” mövzusunda yanğın-taktiki təlim keçirilib.

Yeniavaz.com xəbər verir ki, təlimin keçirilməsində məqsəd DYMX-nin Bakı qarnizonunun yanğından mühafizə hissə və bölmələrinin şəxsi heyətinin yüksək saylı çağırış üzrə yanğınların söndürülməsi bacarıqlarının daha da artırılması, əməliyyat şəraitinin operativ qaydada qiymətləndirilməsi, cəlb olunan texnikaların qarşılanması və yönləndirilməsi, rabitə və arxa sahənin təşkil olunması, yanğınla mübarizə tədbirləri zamanı texniki təhlükəsizlik qaydalarına riayət edilməsi, təxliyənin təşkili və digər zəruri döyüş hərəkətlərinin aparılması qaydaları üzrə vərdişlərinin təkmilləşdirilməsi olub.

Təlimə Bakı şəhərinin Nərimanov, Binəqədi, Nəsimi, Nizami rayonlarının və 1 saylı Xüsusi Təyinatlı Yanğından Mühafizə hissələrinin qüvvələri cəlb olunub.

Təlim zamanı yüksək saylı çağırışla “hadisə yerinə” operativ yetişən yanğınsöndürmə qüvvələri universitetin 3-cü və 4-cü mərtəbələrində “köməksiz vəziyyətdə qalan” tələbələri xüsusi xilasetmə vasitələrindən istifadə etməklə “xilas ediblər”. Həmçinin, 2-ci mərtəbədə baş vermiş şərti yanğın yanğından mühafizə bölmələri tərəfindən qısa müddətdə “söndürülüb”.

Uğurla həyata keçirilən təlimdən sonra Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğınsöndürmə qərargahının rəisi daxili xidmət polkovniki Xudat Nəbiyevin iştirakı ilə əməkdaşların yanğın-taktiki təlim zamanı fəaliyyətləri müzakirə olunub, peşə hazırlığının daha təkmilləşdirilməsi üçün müvafiq tapşırıqlar verilib.

DİGƏR XƏBƏRLƏR

Top