
“Rusiya Ukraynanın Aİ-yə daxil olmasına qarşı deyil”.
Yeniavaz.com xəbər verir ki, bunu Ukrayna və Rusiya arasında keçirilən danışıqlarda Rusiya nümayəndə heyətinin başçısı, Prezidentin köməkçisi Vladimir Medinski görüşdən sonra söyləyib.
O həmçinin bildirib ki, Ukrayna Krımı və Donbassı hərbi yolla qaytarmaq istəyindən əl çəkir:
“Ukraynanın təhlükəsizlik zəmanətləri ilə bağlı təklifləri Krım və Donbass ərazilərinə aid deyil”.