
ABŞ Dövlət Departamentinin 2023-cü il üçün büdcə layihəsində Azərbaycana 9,1 milyon dollar vəsaitin ayrılması planlaşdırılır.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin saytında rəsmi sənəd dərc edilib.
Göstərilib ki, gələn il Gürcüstana 88 milyon, Ermənistana isə 23,4 milyon dollar ayrılması planlaşdırılır.
2023-cü ildə Beynəlxalq hərbi təhsil və təlimlər çərçivəsində Azərbaycana və Ermənistana 600 min dollar, Gürcüstana isə 1,75 milyon dollar ayrılması nəzərdə tutulub.