
İstanbulda Rusiya-Ukrayna danışıqlarının növbəti mərhələsi başa çatıb.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, danışıqlar üç saata yaxın davam edib.
***11:42

İstanbulda Ukrayna və Rusiya arasında danışıqların yeni raundu başlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatının rəhbərinin müşaviri Mixail Podolyak məlumat yayıb.
O bildirib ki, Ukrayna nümayəndə heyətinin üzvlərinə “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiya, müdafiə naziri Aleksey Reznikov, Prezident Aparatının rəhbərinin müşaviri Mixailo Podolyak, xalq deputatı Rustem Umerov, xarici işlər nazirinin müavini Nikolay Toçitski və Prezident Aparatı rəhbərinin müavini Kirill Timoşenko daxildir. Nümayəndə heyətinə Ukrayna Andrey Kostin rəhbərlik edir.
***10:48

Bu gün Türkiyənin İstanbul şəhərində Rusiya-Ukrayna nümayəndə heyətlərinin danışıqlarının növbəti mərhələsi keçiriləcək.
Yeniavaz.com “TRT Haber”ə istinadən xəbər verir ki, nümayəndə heyətləri artıq görüşün keçiriləcəyi Dolmabağça sarayına gəliblər.
Görüşün Bakı vaxtı ilə saat 11:30-da başlayacağı bildirilir.
Dolmabağça sarayından reportajı təqdim edirik:
Rusya ve Ukrayna heyetleri Dolmabahçe Ofisi’ne geldi. Tarihi zirveye dair ayrıntıları @trthaber muhabiri Sezen Ceceli Köse aktardı. pic.twitter.com/pfkY9FRrOJ
— TRT Haber Canlı (@trthabercanli) March 29, 2022