Bir gündə Rusiyanın 8 təyyarəsi, 3 helikopteri vurulub - Ukrayna MN


“Müttəfiq qüvvələr gün ərzində Donetsk və Luqansk istiqamətində düşmənin 7 hücumunu dəf edib”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, Rusiyanın 12 tankı, 10 PDM-i (piyadaların döyüş maşını) və 3 avtomobil texnikası zərərsizləşdirilib. Rusiya tərəfi itki verib.
Həmçinin qeyd edilir ki, Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin müdafiəçiləri ötən gün ərzində 17 hava hədəfini - 8 təyyarə, 3 helikopter, 4 müxtəlif tipli PUA və 2 qanadlı raketi vurub.

DİGƏR XƏBƏRLƏR

Top